“Atamın arzuları”-dan bir parça

Bu postu hazırda oxumaqda olduğum kitabdan bir parçadır. Kitabın ən təsirli yeri buradır bəlkədə. Sadəcə oxuyun..

Barak Obama “Atamın arzuları”

“…Keniyada boşanan vaxtı kişilər istərsə uşaqları özləri ilə saxlaya bilərlər. Bu barədə anamdan soruşdum, ancaq onun üçün bu mövzuda danışmaq çox çətin idi. Yanlız bunu dedi ki, Qocanın yeni həyat yoldaşı başqa qadınla birlikdə yaşamaq istəmir. Anam fikirləşdi ki, heç olmazsa biz , uşaqlar Qoca ilə daha yaxşı şəraiti olan yerdə yaşayaq. Çünki o varlı idi. Həmin birinci il QOca doğrudanda yaxşılaşdı. O, Amerikanın neft sikəti ŞELL üçün çalışırdı. Müstəqillikdən bir neçə il sonra Qoca yüksək çinli hökümət nümayəndələri ilə əlaqə yaratdı. ONların çoxu ilə bir mıktıbı getmişdi.Vitze-prezident, nazir, hamısı evə gəlirdi. Bəzən omlar içki içir, siyasət haqda söhbət edirdilər. Onun böyük evi, böyük avtomobili vardı və hər kəs onunla münasibət yaradırdı. Çünki o gənc idi və artıq xaricdə təhsil almışdı. Üstəlik onun gözəl, amerikan həyat yoldaşı var idi. Ancaq buna baxmayaraq Qoca Ruz ilə evli olanda da hərdən mənim öz anamla görüşürdü. Sanki insanlara bunu nümayiş etdirib deyirdi ki, görürsünüz, nə vaxtsa gözəl afrikalı qadınada sahib olmuşam. BU müddət ərzində bizim dörd ayrı Continue reading

Bir ay belə..

Bir ay əvvəl Azərbaycandan çıxdıq, bir ay əvvəl okeanın o biri tərəfinə gəldik. Bir aydır burdayam. Bir aydır ailəmdən, dostlarımdan, öz şəhərimdən, 17 illik həyatından uzaqda. O qədər uzaqdakı, aramızda böyük bir okean var..11 saaat fərq var, ora çatmaq üçünsə 13 saat üçmalıyıq. Uzaqdı hə? özdə çoox.

-Bu qədər uzaqda darıxırammı? Düzünü deyəcəm. Xeyir. Darıxmıram..İndi deyə bilərsiz ki, “Sənin hisslərin yoxdu” “Ürəyin daşdandı” ancaq xeyir, səhv düşünürsüz. Mən Amerikaya gəlmək üçün çalışdığım zamanlar, gördüyüm işləri yadımdadır. Hər zaman. Mən bura istəyərək gəlmişəm. Bura gəlməzdən əvvəl də, nə baş verəcəyindən məlum idim, bilirdim ailəmdən, dostlarımdan şəhərimdən uzaq olacam. Buna hazırlamışdım özümü. İndi isə rahatam və xoşbəxtəm.

İndi isə başlayım yazmağa ki, bu bir ayda nə ilə məşgul oldum, ilk ay macəralarımı paylaşıma. Avgustun 31 günorta radələrində artıq mən öz şəhərimdə, host ailəm ilə idi. Gələn kimi bir restoranda hamburger yeməyə apardılar. Məndə bilmədən ƏN böyük hamburgeri aldım, vəəlbəttdə sona kimi yeyə bilmədim. :D Hamburgeri görüb gözlərimi bir anlıq zillədim və susdum :D

Continue reading

What is volunteerism?

So, I’m going to speak about volunteerism. I’ve been thinking about this topic a lot. It’s been in my thoughts for almost entire past week. I thought it was a very interesting topic and I decided to write about it. I posted a status on facebook about this topic, and also, I asked my friends. Everyone told me what they thought about this topic. The idea was diffirent, but it was under the same topic.

There are a lot of people in Azerbaijan now, They dont realize what voluenteering is. Many people, maybe most people think volunteerting is an occupation of worker.( I am sorry for this word) Yes, If u say near the young man, ” I do voluenteering” he will say “hey are you a servant to people?! do you need to work with no salary?! Yes, some people think so. . Some people around me think so. Now read my dialog with my friend :
-me : what is voluenteering for you?
-friend : Eh, it’s dumb..(and he started laughing)
-me :why is it dumb?
-friend : Do I needto work as a laborer?
-I: Ok. Think that you are at home, in the yard and working. Do some repairs.and your neighbor comes, and tells u : ”hey, what are you doing? Let me help u”. what do you think about this guy?! Is he a slave for you?! Did he ask for money from you? or what?! Continue reading

Könüllü iş nədir ?

Könüllü işləmək nədir?!
Hə. Deməli belə, bu gün könüllülük haqda danışacağam. Bu mövzu haqda çox fikirləşdim. Demək olar ki, son bir həftə beynimdə bu sual haqda fikirləşirdim. Mövzu mənim özüm üçün də çox maraqlı gəldi və fikirləşdim ki, bu haqda yəni könüllülük haqda yazım. Bu postu yazmazdan əvvəl bir qədər araşdırma apardım. Həm facebook-da status şəklində yazıb, həm də öz yanımda olan dostlardan. Hər kəs bir söz dedi. Fikirlər müxtəlif idi, amma bir düşüncə altında deyilən fikirlər idi.

Hazırda Azərbaycanda könüllü işləməyi yaxşı dərk edə bilməyən insanlar çoxdur. Həddindən artıq çoxdur və əksəriyyəti könüllü işi fəhləlik kimi başa düşür. (sözə görə üzr istəyirəm) Bəli, əgər sən bir gəncin yanında desən ki, ” Könüllülük edirəm” sənə cavab gələcək ki, “: əə sən fəhləsən camaata? sənə lazımdı gedib. pul almadan işləmək?” Bəli, bəzi gənclər belə fikirləşir. Mənim ətrafımda olan insanların bir qismi belə fikirləşir.. İndi bir dostumla olan dialogu danışacağam sizə

-Mən : Sənin üçün könüllülük nədir?

-Dost : Eee, boş şey..(və gülməyə başladı)

Continue reading

FLEX seçildi

Seçim dedikdə nə başa düşürsüz ? Yəni 2 şeydən birini seçməlisən. Hə? Məncə hə, belədir. Seçim arasında qamağı, seçim etməyi sevmirəm.Çox çətindir.  Bəzən seçimimdə yanılmaqdan qorxuram. Amma sonda birini seçirsən, səçməlisən!

Çox seçim arasında qalmışam düzünü desəm. Və onların əksəriyyətində düzgün seçim etdim. Özümə inanıb, analiz edib, yaxşı və ya pis olacağını nəzərə alaraq seçimimi etmışəm. Hər şeyə özümü hazır eləmişəm. Pisədə, yaxsşıyada..

Nəysə bu postda özümün seçimi haqqda yazmayacam. Bir yaxın dostumun gələcəyi üçün etdiyi çətin seçim haqqda deyəcəm. İlk öncə bu postu oxuyan hər kəsdən soruşmaq istərdim ki əgər sizə belə bir seçim verilsəydi ki, ya Azerbaycanda qalıb TQDK-ya “imtahan” verəçəksən, yada FLEX programı çərçivəsində 1 illik Amerikada yaşayıb, təhsil alacaqsan. Siz nə seçərdiz? Xahiş edirəm şərhlərdə fikirinizi bildirəsiniz.

Hə, deməli biz FLEXerlərin Azerbaycandan getmə tarixi məlumdur. Elə abituriyent var ki, avgustun 3 imtahanı olmasına baxmayaraq iyulun axırı getmə tarixidi. Amerikan Konsulluğu ilk öncə dediki bəlkə dəyişmək olar. Amma çox təəsuf ki olmadı. Və iki seçim arasında qaldı. TQDK vs. FLEX. Onun yaxın dostları, mən və başqa FLEXerlər  ona destek olduq, düzgün seçim etməsi üçün məsləhət verdik. Amma son sözü yenədə özü dəməli idi. Günortdan sonra ona facebook-da yazdım. Və dedi : “Kənan, çox çətindi seçim, başımı itirmişəm”

Continue reading

Liderlik haqqda kəlamlar

Deməli belə,  biz iyun ayının 8-10 arası Novxanıda təlimdə olduq. Təlim Avrasiya Əməkdaşlıq Fondu tərəfindən təşkil olunmuşdu. Təlimin mövzuları Liderlik, Fotobloging, İnsan hüquqları idi. Təlim haqqda elə çoxda danışmaq istəmirəm. Təlim haqqda Ülviyyə Babasoy öz blogunda yazdı. Bu linkə daxil olub oxuya bilərsiz.

Mən bu post yazmaqda məqsədim təlim zamanı liderlik haqqda deyilən kəlamları sizlərlə paylaşmaqdır. Mənim xoşuma gəldi və bu kəlamları bloguma yerləşdirməyi qərar verdim. İndi isə başayın oxumağa :)

-”Allah təkidli olanların tərəfindır”- Qurani Kərim

-”Liderlik elə bir incəsənətdir ki, Sizin görmək istədiyiniz işi digərlərinə gördürməyə bacarasınız, çünki bunu onlar istəyirlər”-Duayt Eyzenxauer

-”Liderlər olurlar, doğulmurlar. Onlar zəhmət nəticəsində olurlar, və bu da hər bir məqsədə çatmaq üçün verilən qiymət”-Vins Lombardi

-”Liderlik insan ümumi məqsədə aparmaq üçün  bacarıq və inam yaratmaq xüsusiyyətidir”-General Bernard Lou. Böyük Britaniya ordusu

-”İnsanlar onların başına vurmaqla liderlik edə bilməzsiniz -bu hücumdur, liderlik yox”-Duayt Eyzenxauer

Continue reading

FLEX və FLEXer’lər

Deməli, FLEX (Future Leaders  Exchange- Gələcək Liderlərin Mübadiləsi) haqqda bir post yazmaq istəyirdim.  Bir belə bir şey yazmaq fikirinə gəldim. Hər FLEX finalisti FLEX haqqda öz fikrlərini desin..Ancaq ilk öncə istərəm FLEX haqqda qısaca məlumat verim.

FLEX Amerka dövlətinin təşkil etdiyi bir mubadilə programıdır. Bu program Amerka dövləti tərəfindən maliyyələşrilir.Keçmiş SSRİ dölətləri ilə Ameerika dövləti arasinda aparlıan mubadilə programı, artıq Azerbaycanda 20 ildirki fəaliyyət göstərir. Program orta məktəbi şagirdləri üçün nəzərdə tutulub. Və bu il Amerkaya 1000-ci şagird göndərilir. Nəysə dediyim kimi qısa məlumat verim. Ətrafilı informasiya üçünAmerka Konsulluğunun internet ünvanindan və facebook səhifələrindən ala bilərsiniz. Və indi isə başlayaq FLEXerlərin fikirlərinə.

-Aydan Aslanova : FLEXer olmaq ancaq amerkaya havayı gedib 1 il yeyib içib kef eləmək deyil ( lol ) FLEXer olmaq özuünün necə təkrarolunmaz olduğunu anlamaqdır. Gəlin o unikallığın dəyərini bilək və onu qoruyub saxlayaq. Çünki ancaq həmin yeganəlik bizi bu günlərə gətirmişdir və məhz bu günlər bizi daha işıqlı sabahlara aparacaqdir… Amerikani fəth etmək arzusu ilə…

-Abulfaz Hacızadə : FLEX-chance of restart your life :):)

Continue reading

Mən və Amerka..

Deməli bu postu çoxdan yazmalı idim, ancaq nəsə istəmirdim. İndi isə fikirləşirəm ki, yazım. Və indi başlayıram yazmağa.

Deməli, mən və başqa dostlarım 2011ci ildə Şəki şəhərində imtahan verdik. Və 6 aydan sonra cavablar məlum oldu.   Mən alternativ seçilmişdim. Yəni əgər kimsə Amerikaya gətməkdən imtina etsə, mən onun yerinə gedəcəkdim.Nəysə, bu alınmadı, hər kəs getdi. Bundan bir müddət sonra Amerika Konsullugu mənə zəng etdi və 5 həftəlik Amerkaya gedəcəyimi bildirdilər. Və bundan sonra sənədləşrimə işləri oldu.

 

21 iyunda biz 4 nəfər Azərbaycandan Gürcüstana yola düşdük. Orda bizim PDO (Pre-Depertune Orintation) təlimi oldu. Yəni bizə Amerikadaki həyat tərzi, pulumuzun xərclənmə qaydaları və s. orgətdilər. Bir günü Gürcüstanda keçirtdik. Gecə isə Almanyaya ordan da Amerikaya getdik. Washigton’da bizi FLEX işciləri qarşıladılar. Otelə gedtik isdirahət etdik falan və sonra isə hər kəs öz qalacağı ştatlara getdi. Mənim ştatim isə Californiya idi. Bəli, Californiya, Hollwood, Los-Angles, Las Vegas olan ştat :) . Həqiqətən o vaxt çox xoşbəxt idim. Heç nə ödəmədən Amerikaya getmək hər kəsin arzusudur.

Nəhayət gəlib çatdiq Californiyaya, əvvəl San-Fransiscoya ordan isə öz qalacağım şəhərə Visalia‘ya. Mənim korrdinatorum mənim öz amerkadakı ailəm(host family) idi. Nəysə orada bizim üçün ‘Welcome party” elədilər :D İlk günlər həqiqətən darıxırdım, özümü pis hiss edirdim. Amma təzə həftə başladı və biz (mən və 9 ayrı uşaq) macəradan-məcaraya qaçdıq :P İndi isə hər şeyi həftə-həftə danışım. 

1-ci həftə. Əslində birinci həftə elədə maraqlı keçmədi. Bu həftə Amerikan məktəbləri ilə tanış olduq, muzeylərə səfər etdik,  kinoya getdik, ən əsası və ən maraqlısı könüllü işlər gördük. Afrikaya

göndərilən yardım paketlərini yığdıq. Və Azərbaycanın haqqda təqdimatı keçirtdik Təhminə adli bir dostumla :)Həftənin sonuncu gunu isə YOSMETI qoruğunda olduq. Çox yeke səlalə var idi :D Nəysə dediyim kimi bu həftə elədə maraqlı olmadi. Keçək ikinci həftəyə..

2-ci həftə. İlk günü 4 iyul idi, Amerikanin Azadliq günü olduğu üçün ailəmizlə keçirtdik. Səfərə başlaqı. Bu ilk səfərimiz idi. San-Francisco və Sacromento idi. Sacromentoda dövlət binalarına getdik, muzeylərə getdik. Səhərsi gün isə San-Francisco”ya getib turlara qoşulduq. Lombard Street, Chine Town, Nob Hill, Russian Town  və s. yerlerdə gəzintidə olduq. Goldan gate və Golden Bridge’ə getdik, hansi ki mən oları yuxumda da belə görsən inanmazdım. Nəysə çox uzatmayım. San-Francisco haqqda bu qedər bəsdir məncə :)

3-cü həftə : Həftə başladı. Plan məlum idi. Disneyland, Universal Studios Hollywood, Los-Angelas gedəcəkdik. Yola düşdük, yolda Ronald Reagan muzeyine getdik. Sonra yene yolumuz davam etdik, çünki yolumuz uzun idi. Az getdik çox getdik gəlib çatdıq Disneyland’ə. Çox həycan var idi. Burda mənə ən çox təəccübləndirən isə o oldu ki, Disneylandə 3 günlük giriş 150 dollar idi. Hər şey limitsiz  Nəysə orda çox şeylər etdki amma indi elə də yadımda deyil. Sonra Universal studios Hollywooda gedtik hansı ki orda ən məhşur kinolar çəkilib. Maraqlı gəlirdi, çünki nə vaxtsa tv’de gördüyün yerləri indi canlı-canlı görürsən :)

4cü həftə : bu həftə düşərgədə olduq. İlk başlangıcda düşərgə sixici, maraqsız gəlsədə  sonradan çox maraqlı oldu. Həttda sagolaşada hər kəs agladı :( Orda çoxlu ameriklı dostlar tapdıq. Onlarnan indi də əlaqə saxlayıram. Düşərgədə maraqlı activitilər etdik  ən maraqlısı dağda, çöldə gecələmək oldu :D Və son gün bir party oldu. Nə deyim ? zoor party oldu! :)

5-ci həftə və sonuncu hətfə yaxınlaşırdı. Biz bu həftəni Washigton D.C-də olduq. Deməli bu həftə çox məşğul olduq. İndi isə Washigton’da   getdiyimiz yerləri adını çəkəcəm amma ingiliscə :) Deməli, Jefferson Memorial& Mason Memorial, Lincoln Memorail, African American Civil War Musein Study Visit.,  Freedom house, Capital Hill&State Depertment Briefing?, U.S Holocaust Memorial Museum. Və bunlardan başqa seminarlarda, senatorlarla iclaslarda olduq. Bu iclaslardan en çox yadımda qalan hadisə isə o oldu ki, bir şəxs özünü təqdim edərkən dedi :” Mən sizin ölkələrdə olan problemlərin həlli üçün çalışıram” Və mən həmin şəxsə sual verdim ki :” Okay, siz dediniz ki bizim problemləri həll edirsiz, bəhs sizcə bizim problem nədir və siz bizə necə kömək edirsiz ?” zalda tam səsizlik çökdü. Və cavab belə oldu :” Bizi sizin problemləri araşdırırıq, sizin hələlik probleminiz yoxdur” və sonra məni danışmağa qoymadılar. Nəysə, bu həftə bitdi və biz 29 iyul Azərbaycana qayıtdıq.

Amerika mənin arzum, xəyalım və mənim məqsadim idi. İDİ deyirəm çünki buları artiq reallaşdırımaş Və birdaha gedəcəm İnşallah :)

Kimdir yaxşı oğlan?

Keçənlərdə Orxan Ahmedsoy’un belə bir postunu görmüsdüm “Yaxşı oglanlar”. Belədə maraqlı post idi. Mövzüda, postun yazılışıda xoşuma gəldi. İndi isə twitter’də Ruslan Asad‘ın tweet’lərinə baxdım. Ruslanda “Yaxsi oğlanlardan” yazırdı, mən bu tweet’ləri oxudum, bəyəndim və Ruslanın icazesi ilə,  yazdıqlarını öz bloguma yazmağı və sizlərlə paylaşmağı qərara aldım. İndi isə başlayaq.

-Yaxşı oğlan bu çür qatarda getmeyi ozune sığışdırmaz və daha yaxşısını tələb edər

-Yaxşı oğlan tələbə olmadan oncə səyahət edər, dil öyrənər, başqa mədəniyyətlərlə tanış olar, başı daşlardan-daşlara dəyər.

-Yaxşı oğlan bacısını oxumağa həvəsləndirər, onun sərbəst böyüməsinə şərait yaradar.

-Yaxşı oğlan fikirləşərki görüm hansi gənclər təşkilatı, sosial iş, təşəbbüs qrupu var, bəlkə üzv olum.

-Yaxşı oğlan xanıma baxa bilər, amma ağlından keçən hər şeyi etməz.

-Yaxşı oglan, papiroz çəkib, qalığını yerə atmaz

 

-Yaxşı oglan,maşında butilkadan su içib sonra butilkani küçəyə atmamalıdır. Yoxsa, dədəsini hədəf altına qoymuş olur.

-Yaxşı oğlan, #EuroVision üçün Bakıya gələcək qonaqlara ölkənin durum ilə bağlı yalan danışmaz, yoxsa adamlığını hədəf altına qoyacaq.

-Yaxşı oğlan, xaricə oxumağ gedəndə sadəcə oxumaqla kifayətlənməz, həm də öz sahəsi üzre internship edər

-Yaxşı oğlan, təhsil alanda ancaq akademik qabiliyyətini inkişaf etdirməz, həm də həyat bacarıqlarını artırar, səhv edər, sevər, sevilər.

-Yaxşı oğlan, xaricde təhsil alanda tək tehsilile kifayətlənməz, həm də yerli mədəniyyəti öyrənər, yeni insanlarla tanış olar, gəzer.

-Yaxşı oğlan, siyasi liderlik iddiası varsa xalqın dini və mentaliteti ile məzələnməz. Onun dərdinə şərik olar, anlamağa çalışar

-Yaxşı oğlan, oz xalq və hökümətini tənqid edən ziyaliları təhqir etmezə hədələməz. Oxuyar, inciyər, qıcıqlanar, düşünər.

-Yaxşı oğlan düşünərki niyə neçə ildir qapıma bir adam gəlib menım səsimi istəmiri. Mənim dairəmdən məclisdə oturan kimdir?!

-Yaxşı oğlan, hər 5 dəqiqədən bir ona yazıb sevgilisinin zəhləsini tökməz. Əksinə, qıza onun üçün darıxma şansı taniyar.

-Yaxşı oğlan, tədbirlərdə telefonunu sessizə qoyar. Telefonla danışsa çıxıb çöldə danışar sonra qayıdar.

-Yaxşı oğlan, Naxçıvanlı, Yeraz, Sunnu, Şie, Nurçu, Qaranlıqçı ve s. olmamışdan qabaq Vetendaş olar və ölkəsinə biganə olmaz.

-Yaxşı oğlan Qəddafini sevməz, onu şəhid hesab etməz.

-Yaxşı oğlan, Erdoğanı sevə biler, amma sevgisində çox diqqətli olmalıdır.

-Yaxşı oğlan, pulu varsa kafedə hesabı ödəyəndə məbləğin ən azı 10%-nı ofisiantya qoyar.

-Yaxşı oğlan, haqlı-haqsız kiminsə xətrinə dəyibsə məhz xətrinə dəydiyi üçün üzr istəməyi bacarmalıdır.

-Yaxşı oğlan, özü mübarizə aparmasa da, mübarizə aparanlara mane olmaz, təhqir etmez,  aşağılamaz..

-Yaxşı oğlan, ofisiantla danışanda “zəhmət olmasa”, “üzr istəyirəm”, “xahiş edirəm” kimi ifadələrdən işlədər.

-Yaxşı oğlan, ağsaqqalın məsləhət vermək hüqüqünu tanıyar, amma verilən hər məsləhəti qəbul etməz, sual edər, özünə güvənər

-Yaxşı oğlan, Del Bosqe Real Madridini daha çox sevər nəinki Maurinho Real Madridini :)

-Yaxşı oğlanın vətənini güclü edən vergilər, güclü vətəndaş cəmiyyəti, üniversitetlər, araşdırma mərkəzləri, bələdiyyələr olar

-Yaxşı oğlan, Fenerin juliklik etdiyini qəbul edər, az səs-küy qoparar və komandasını axıra kimi dəstəkləyər :)

-Yaxşı oğlan, Facebookun “share”, Twitterin “retweet” düyməsindən çox istifadə edər. Dünyanı bu iki düymə xilas edəcək.

-Yaxşı oğlan, ehtiyacı olanı yola verməz, ona yol verer.

-Yaxşı oğlan, bezi Ermeniler kimi orda-burda az zarıyar. Kişi olar, qürürlü olar, özünə əmin olar və heyasızlıq etməz. Qarabağla bağlı.

© Ruslan Asad

Oğuz yenə sökülur, yenə tikil

Və budur, Oğuzda hələ təmir işləri davam edir. Ötən ilin sonlarında istifadəyə verilən ancaq başa çatmayan Heydər Əliyev prospektində təmir bərpa işlərinə yenidən başladı. Xatırlatmaq isdərdim ki, prospekt Oğuz şəhərinin girişindən başlayıb mərkəzi hisslələrnə kimi davam edir, yəni Oğuz şəhərinin yuxarı hissələrinə kimi. Ötən il bu prospektin 30-40%-nin təmir-bərpa işləri yekunlaşmışdı. Və son günlərdə ( 26.01.2012) təmir yenidən başlandı.   Əlbəttə ki, təmir etmək üçün əvvəl sökmək lazımdır, həmçinin prospekt daha geniş olacaq. Və bunun üçün də, haqqında danışdığım prospektin kənarında  bəzi divarlar, evlər, çayevleri, mağazalar sokülməlidir…

Ancaq əhali buna pis baxır, hər kəs  indini fikirləşib deyir: “Yollarda gəzmək mümkün olmayacaq, hər yer qışda palçıq, yayda toz olacaq… Düzdür, hər kəsin öz şəxsi fikri var ancaq məncə bu yaxşıdır. Çünki , bu həm göstərir ki, inkişaf ancaq iri şəhərlərdə getmir, həm də ucqar dağ rayonlarında da gedir. Və  Oğuza daha çox turist axını başlaya bilər. Sizcə bundan sonra Oğuz daha gözəl görünməyəcəkmi ?? Gəlin səbr edək  görək nə olur…