Mən və Amerka..

Deməli bu postu çoxdan yazmalı idim, ancaq nəsə istəmirdim. İndi isə fikirləşirəm ki, yazım. Və indi başlayıram yazmağa.

Deməli, mən və başqa dostlarım 2011ci ildə Şəki şəhərində imtahan verdik. Və 6 aydan sonra cavablar məlum oldu.   Mən alternativ seçilmişdim. Yəni əgər kimsə Amerikaya gətməkdən imtina etsə, mən onun yerinə gedəcəkdim.Nəysə, bu alınmadı, hər kəs getdi. Bundan bir müddət sonra Amerika Konsullugu mənə zəng etdi və 5 həftəlik Amerkaya gedəcəyimi bildirdilər. Və bundan sonra sənədləşrimə işləri oldu.

 

21 iyunda biz 4 nəfər Azərbaycandan Gürcüstana yola düşdük. Orda bizim PDO (Pre-Depertune Orintation) təlimi oldu. Yəni bizə Amerikadaki həyat tərzi, pulumuzun xərclənmə qaydaları və s. orgətdilər. Bir günü Gürcüstanda keçirtdik. Gecə isə Almanyaya ordan da Amerikaya getdik. Washigton’da bizi FLEX işciləri qarşıladılar. Otelə gedtik isdirahət etdik falan və sonra isə hər kəs öz qalacağı ştatlara getdi. Mənim ştatim isə Californiya idi. Bəli, Californiya, Hollwood, Los-Angles, Las Vegas olan ştat :) . Həqiqətən o vaxt çox xoşbəxt idim. Heç nə ödəmədən Amerikaya getmək hər kəsin arzusudur.

Nəhayət gəlib çatdiq Californiyaya, əvvəl San-Fransiscoya ordan isə öz qalacağım şəhərə Visalia‘ya. Mənim korrdinatorum mənim öz amerkadakı ailəm(host family) idi. Nəysə orada bizim üçün ‘Welcome party” elədilər :D İlk günlər həqiqətən darıxırdım, özümü pis hiss edirdim. Amma təzə həftə başladı və biz (mən və 9 ayrı uşaq) macəradan-məcaraya qaçdıq :P İndi isə hər şeyi həftə-həftə danışım. 

1-ci həftə. Əslində birinci həftə elədə maraqlı keçmədi. Bu həftə Amerikan məktəbləri ilə tanış olduq, muzeylərə səfər etdik,  kinoya getdik, ən əsası və ən maraqlısı könüllü işlər gördük. Afrikaya

göndərilən yardım paketlərini yığdıq. Və Azərbaycanın haqqda təqdimatı keçirtdik Təhminə adli bir dostumla :)Həftənin sonuncu gunu isə YOSMETI qoruğunda olduq. Çox yeke səlalə var idi :D Nəysə dediyim kimi bu həftə elədə maraqlı olmadi. Keçək ikinci həftəyə..

2-ci həftə. İlk günü 4 iyul idi, Amerikanin Azadliq günü olduğu üçün ailəmizlə keçirtdik. Səfərə başlaqı. Bu ilk səfərimiz idi. San-Francisco və Sacromento idi. Sacromentoda dövlət binalarına getdik, muzeylərə getdik. Səhərsi gün isə San-Francisco”ya getib turlara qoşulduq. Lombard Street, Chine Town, Nob Hill, Russian Town  və s. yerlerdə gəzintidə olduq. Goldan gate və Golden Bridge’ə getdik, hansi ki mən oları yuxumda da belə görsən inanmazdım. Nəysə çox uzatmayım. San-Francisco haqqda bu qedər bəsdir məncə :)

3-cü həftə : Həftə başladı. Plan məlum idi. Disneyland, Universal Studios Hollywood, Los-Angelas gedəcəkdik. Yola düşdük, yolda Ronald Reagan muzeyine getdik. Sonra yene yolumuz davam etdik, çünki yolumuz uzun idi. Az getdik çox getdik gəlib çatdıq Disneyland’ə. Çox həycan var idi. Burda mənə ən çox təəccübləndirən isə o oldu ki, Disneylandə 3 günlük giriş 150 dollar idi. Hər şey limitsiz  Nəysə orda çox şeylər etdki amma indi elə də yadımda deyil. Sonra Universal studios Hollywooda gedtik hansı ki orda ən məhşur kinolar çəkilib. Maraqlı gəlirdi, çünki nə vaxtsa tv’de gördüyün yerləri indi canlı-canlı görürsən :)

4cü həftə : bu həftə düşərgədə olduq. İlk başlangıcda düşərgə sixici, maraqsız gəlsədə  sonradan çox maraqlı oldu. Həttda sagolaşada hər kəs agladı :( Orda çoxlu ameriklı dostlar tapdıq. Onlarnan indi də əlaqə saxlayıram. Düşərgədə maraqlı activitilər etdik  ən maraqlısı dağda, çöldə gecələmək oldu :D Və son gün bir party oldu. Nə deyim ? zoor party oldu! :)

5-ci həftə və sonuncu hətfə yaxınlaşırdı. Biz bu həftəni Washigton D.C-də olduq. Deməli bu həftə çox məşğul olduq. İndi isə Washigton’da   getdiyimiz yerləri adını çəkəcəm amma ingiliscə :) Deməli, Jefferson Memorial& Mason Memorial, Lincoln Memorail, African American Civil War Musein Study Visit.,  Freedom house, Capital Hill&State Depertment Briefing?, U.S Holocaust Memorial Museum. Və bunlardan başqa seminarlarda, senatorlarla iclaslarda olduq. Bu iclaslardan en çox yadımda qalan hadisə isə o oldu ki, bir şəxs özünü təqdim edərkən dedi :” Mən sizin ölkələrdə olan problemlərin həlli üçün çalışıram” Və mən həmin şəxsə sual verdim ki :” Okay, siz dediniz ki bizim problemləri həll edirsiz, bəhs sizcə bizim problem nədir və siz bizə necə kömək edirsiz ?” zalda tam səsizlik çökdü. Və cavab belə oldu :” Bizi sizin problemləri araşdırırıq, sizin hələlik probleminiz yoxdur” və sonra məni danışmağa qoymadılar. Nəysə, bu həftə bitdi və biz 29 iyul Azərbaycana qayıtdıq.

Amerika mənin arzum, xəyalım və mənim məqsadim idi. İDİ deyirəm çünki buları artiq reallaşdırımaş Və birdaha gedəcəm İnşallah :)

Leave a comment