Bir ay belə..

Bir ay əvvəl Azərbaycandan çıxdıq, bir ay əvvəl okeanın o biri tərəfinə gəldik. Bir aydır burdayam. Bir aydır ailəmdən, dostlarımdan, öz şəhərimdən, 17 illik həyatından uzaqda. O qədər uzaqdakı, aramızda böyük bir okean var..11 saaat fərq var, ora çatmaq üçünsə 13 saat üçmalıyıq. Uzaqdı hə? özdə çoox.

-Bu qədər uzaqda darıxırammı? Düzünü deyəcəm. Xeyir. Darıxmıram..İndi deyə bilərsiz ki, “Sənin hisslərin yoxdu” “Ürəyin daşdandı” ancaq xeyir, səhv düşünürsüz. Mən Amerikaya gəlmək üçün çalışdığım zamanlar, gördüyüm işləri yadımdadır. Hər zaman. Mən bura istəyərək gəlmişəm. Bura gəlməzdən əvvəl də, nə baş verəcəyindən məlum idim, bilirdim ailəmdən, dostlarımdan şəhərimdən uzaq olacam. Buna hazırlamışdım özümü. İndi isə rahatam və xoşbəxtəm.

İndi isə başlayım yazmağa ki, bu bir ayda nə ilə məşgul oldum, ilk ay macəralarımı paylaşıma. Avgustun 31 günorta radələrində artıq mən öz şəhərimdə, host ailəm ilə idi. Gələn kimi bir restoranda hamburger yeməyə apardılar. Məndə bilmədən ƏN böyük hamburgeri aldım, vəəlbəttdə sona kimi yeyə bilmədim. :D Hamburgeri görüb gözlərimi bir anlıq zillədim və susdum :D

Burda hər hətfə sonu kilsəyə gedirik. Düzü mən xoşladım kilsəni. Orda üşaqlarla maraqlı söhbət edirik, deyib-gülürük və s. Və hər biridə mənim müsəlman olduğumu bilirlər və mən onlara hörmət etdiyim kimi onlarda mənə hörmət edirlər. Və ikinci həftə sonu kilsə ilə birlikdə düşərgəyə getdik. Liderlik haqda bir düşərgə. Düşərgənin sonunda isə məndən bir çıxış etməyimi istədilər. Bir müsəlman kimi. Mən : “Amerikaya gəldiyim 10 gündür. Və mənim ilk dostlarım kilsə uşaqlarıdır. Sizləri gördüm ilk, sizlərlə danışıb güldüm ilk. Siz xristian, mən müsəlman. Siz məni öz aranıza qəbul etdiniz, mən sizi. Necə varsını elə. Fərqi yoxdu dinin. Hazırda bilirik ki, dünya da problemlərdən biridə Xristianların Müsəlmanlara terroris kimi baxmasıdır.Onları sevmirlər. Həmçinində Müsəlmanlar Xristianlar sevmirlər. Ancaq biz burda bir dostluq göstərdik, dinin elədə önəmli olmayıb, insanlığın daha çox önəmli olmasını, bir birimizə hörməti göstərdik. Biz belə edərək başqalarının fikirlərini yaxşı tərəfə dəyişə bilərik” Və bundan sonra kilsə rəhbərliyinə bu mövzüda daha dərin bir təqdimat etmək istəyimi bildirdim. Dəstəklədilər..Həftənin 3çü günləri isə kilsənin “gənclər klub”u ilə bir yerdə şan yeməyi yeyib, oyunlar oynayırıq, müzakirələr edirik, kinolara baxırı və s.

Avgustun 13ü məktəb başladı. Düzü məktəb haqda çox danışmaq istəmirəm. Çox uzun və ayri bir mövzü olduğu üçün başqa bir zaman bu haqda yazacam. Məktəbdə demək olar məşhuram. Xarici tələbə olduğum üçün, və imtahan nəticəsində seçilib gəldiyim üçün hörmət edirlər :) Məllimlər isə dost kimidirlər. İngilis dili məllimim deyir ki, nəyə ehtiyacın oldu, nə danışmaq istəsən burdayam. Yenə məllimlər belədir çox səmimidirlər. Özümü məktəbdə çox rahat hiss edirəm.

Məktəbdə debat clubuna gedirəm. Debatla məşğulam. Sevdiyim klubdur. Əvvəlcədən debatı sevirdim, indi isə sevdiyim işlə məşğulam.Və qarşıdan ikl yarışımız gəlir. Bizim məktəbdə olacaq. Həvacanda var.

Məktəb başlayandan sonra həftə içi çox iş görmük. Dərslər, klublar başımı qatır. Həftə sonları isə host ailəm və dostlarımla keçirirəm. Bir yerə gedirik, söhbət edirik, əylənirik və s.

Bu postda ətraflı məlumat verməyə çalışdım. Ancaq bu gördüyüm işlər haqda ətraflı məlumat yazacam. Və tez-tez yazmağa çalışacam.

Leave a comment