FLEX seçildi

Seçim dedikdə nə başa düşürsüz ? Yəni 2 şeydən birini seçməlisən. Hə? Məncə hə, belədir. Seçim arasında qamağı, seçim etməyi sevmirəm.Çox çətindir.  Bəzən seçimimdə yanılmaqdan qorxuram. Amma sonda birini seçirsən, səçməlisən!

Çox seçim arasında qalmışam düzünü desəm. Və onların əksəriyyətində düzgün seçim etdim. Özümə inanıb, analiz edib, yaxşı və ya pis olacağını nəzərə alaraq seçimimi etmışəm. Hər şeyə özümü hazır eləmişəm. Pisədə, yaxsşıyada..

Nəysə bu postda özümün seçimi haqqda yazmayacam. Bir yaxın dostumun gələcəyi üçün etdiyi çətin seçim haqqda deyəcəm. İlk öncə bu postu oxuyan hər kəsdən soruşmaq istərdim ki əgər sizə belə bir seçim verilsəydi ki, ya Azerbaycanda qalıb TQDK-ya “imtahan” verəçəksən, yada FLEX programı çərçivəsində 1 illik Amerikada yaşayıb, təhsil alacaqsan. Siz nə seçərdiz? Xahiş edirəm şərhlərdə fikirinizi bildirəsiniz.

Hə, deməli biz FLEXerlərin Azerbaycandan getmə tarixi məlumdur. Elə abituriyent var ki, avgustun 3 imtahanı olmasına baxmayaraq iyulun axırı getmə tarixidi. Amerikan Konsulluğu ilk öncə dediki bəlkə dəyişmək olar. Amma çox təəsuf ki olmadı. Və iki seçim arasında qaldı. TQDK vs. FLEX. Onun yaxın dostları, mən və başqa FLEXerlər  ona destek olduq, düzgün seçim etməsi üçün məsləhət verdik. Amma son sözü yenədə özü dəməli idi. Günortdan sonra ona facebook-da yazdım. Və dedi : “Kənan, çox çətindi seçim, başımı itirmişəm”

Həqiqətəndə çox çətin seçim idi. Mən elə bir seçim arasında qalmaq istəməzsim hec..Həə, yenə axşam danışdım. Və dedi :” Seçimimi etdim. FLEX. Amerika!” Və o anlıq mən çoooox sevindim. Həqiqətən..bizim də elə bunu istəyirdik. Və O da bunu elədi. Bu post nəticəsində sizdə bilin ki, Məryəm də FLEXerdir! Seçimi FLEXdir! Və sonda Məryəmi və bütün FLEX ailə üzvlərini təbrik edirəm.

Leave a comment